ABŞ səfirliyi avtomobillərini satışa çıxardı – FOTOLAR

ABŞ səfirliyi avtomobillərini satışa çıxardı – FOTOLAR
16.11.2026 11:22 Maraqlı

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.

TodayPress TV xəbər verir ki, hərracda məişət texnikası, metal stullar, bağ mebelləri, müxtəlif təyinatlı əşyalar, həmçinin 2012 və 2013-cü il istehsalı olan “Toyota Land Cruiser” markalı avtomobillər satışa çıxarılıb.

Səfirliyin məlumatına görə, Bakı üzrə növbəti hərrac sessiyası bu gün başlayıb və 18 noyabr saat 10:00-da bağlanacaq.

Qeyd olunub ki, qalib gəlmiş şəxslər etibarlı şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan manatı ilə nağd şəkildə həyata keçirməlidirlər.


TodayPress TV

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər