28 gürcü vətəndaşını xilas edən - Rahib Məmmədov

28 gürcü vətəndaşını xilas edən - Rahib Məmmədov
16.11.2026 15:38 Sosial

Gürcüstan mətbuatında azərbaycanlı qəhrəman Rahib Məmmədovun fədakarlığı və insanlıq nümunəsi olan qəhrəmanlığı yenidən gündəmə gətirilib.

TodayPress TV xəbər verir ki, bu barədə yayılan paylaşımda Rahib Məmmədovun Gürcüstan-Azərbaycan dostluğunun möhkəmlənməsindəki xüsusi roluna diqqət çəkilib.

Qeyd olunub ki, Armudlu yaylasında illərdir keçirilən “Elat günləri” və təşkil olunan müxtəlif məclislərdə Gürcüstan-Azərbaycan dostluğundan bəhs edilsə də, bu dostluğun ən böyük fədakarlıq nümunələrindən birini göstərmiş Rahib Məmmədovun adı lazımi səviyyədə xatırlanmayıb.

Paylaşımda vurğulanıb ki, Rahib Məmmədov öz həyatını təhlükəyə ataraq 28 gürcü vətəndaşının həyatını xilas edib. Onun bu addımı insanlığa xidmətin, mərhəmətin və dara düşən insanlara yardım etməyin ən ali nümunələrindən biri kimi qiymətləndirilib.

Müəllif hesab edir ki, Gürcüstan və Azərbaycan xalqları arasındakı dostluqdan danışarkən Rahib Məmmədovun qəhrəmanlığı xüsusi olaraq xatırlanmalı, onun fədakarlığı gələcək nəsillərə çatdırılmalıdır.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər