Sovetdən qalma binaların təmirini dövlət öz üzərinə götürə bilər - Təklif

Sovetdən qalma binaların təmirini dövlət öz üzərinə götürə bilər - Təklif
16.11.2026 15:53 Sosial

Azərbaycanda sovet dövründə inşa edilmiş kooperativ binaların dövlət büdcəsi hesabına təmir olunması təklif edilib.

TodayPress TV xəbər verir ki, bu təkliflə deputat Azay Quliyev Milli Məclisin noyabrın 16-da keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Deputat bildirib ki, həmin binalar dövlətin balansında olmadığı üçün yaşayış binalarının təmirinə ayrılan 60 milyon manatlıq büdcə vəsaitindən yararlana bilmirlər.

Onun sözlərinə görə, problemin həlli üçün iki variant nəzərdən keçirilə bilər: kooperativ binaların uçota alınaraq dövlət balansına verilməsi və ya onların təmiri üçün birdəfəlik vəsait ayrılması. Təmir başa çatdıqdan sonra isə binaların saxlanılması sakinlərin öhdəliyinə verilə bilər.

Azay Quliyev, həmçinin ölkədə fəaliyyət göstərən 35 gənclər evinin işinin yenidən qurulmasını təklif edib. O qeyd edib ki, bu məqsədlə ayrılan 5,3 milyon manatlıq illik büdcəyə yenidən baxılmalıdır. Deputatın fikrincə, gənclər evlərinin fəaliyyəti yeniyetmə və gənclərin xaricdən gələn ideoloji təhlükələrdən qorunması istiqamətində mövcud çağırışlara uyğunlaşdırılmalıdır.

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər