Yeddi futbolçunun ortaq keçmişi, 11 qolluq möhtəşəm futbol şousu!

Yeddi futbolçunun ortaq keçmişi, 11 qolluq möhtəşəm futbol şousu!
16.11.2026 17:08 İdman
İspaniyanın “Barselona” klubu əfsanəvi futbolçuların iştirakı ilə keçirilən xeyriyyə matçında Niderlandın “Ayaks” komandasına qalib gəlib.

TodayPress TV xəbər verir ki, “Yohann Kroyff Fondu”nun xeyrinə təşkil olunan qarşılaşma Amsterdamda baş tutub. Kataloniya təmsilçisi rəqibini 7:4 hesabı ilə məğlub edib.

“Barselona”nın heyətində Xavyer Saviola və Nolito dubl müəllifi olublar. Rojer Qarsiya, Aleiş Vidal və Kristian Telyo isə hərəyə bir dəfə fərqləniblər.
“Ayaks”ın heyətində isə Patrik Klyuyvert, Klas-Yan Huntelar və Sim de Yonq qol vurublar.

Qarşılaşmanın diqqətçəkən məqamlarından biri də müxtəlif illərdə hər iki klubun formasını geyinmiş yeddi futbolçunun matçda iştirakı olub. Frank de Bur, Ronald de Bur, Patrik Klyuyvert, Yari Litmanen, Rixard Viçqe, Rojer Qarsiya və Boyan Krkiç həm “Barselona”, həm də “Ayaks”ın heyətində meydana çıxıblar.


Namiq HUN

FOTOLAR

Yeddi futbolçunun ortaq keçmişi, 11 qolluq möhtəşəm futbol şousu! — 1
XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər