“Real”ın növbəti böyük transfer hədəfi Haalanddır!
Madrid “Real”ının prezidenti Florentino Peres norveçli hücumçu Erlinq Haalandın növbəti mövsümdən etibarən “kral klubu”nda çıxış edəcəyinə getdikcə daha çox əmin olur.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Nik Harris “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, o, bu məlumatı “Real”ın prezidenti ilə nahar edən şəxsdən əldə edib.
Məlumata görə, “Mançester Siti”nin bir neçə futbolçusunun agenti də müştərilərinin klubu azad agent kimi tərk etməsi imkanlarını araşdırır.
Qeyd edək ki, “Mançester Siti” maliyyə maxinasiyaları ilə bağlı 114 ittiham üzrə təqsirli bilinib. Klubun bütün apellyasiya şikayətləri rədd ediləcəyi təqdirdə, futbolçuların kütləvi şəkildə komandadan ayrılması mümkündür.
Namiq HUN