Poçettino müdafiəyə əl gəzdirmək istəyir: yeni namizəd bəllidir!

Poçettino müdafiəyə əl gəzdirmək istəyir: yeni namizəd bəllidir!
16.11.2026 16:17 İdman

“Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino komandanın müdafiə xəttini gücləndirmək üçün transfer hədəfini müəyyənləşdirib.

TodayPress TV “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, “Fulhem”in müdafiəçisi Kelvin Bassi yanvar transfer pəncərəsi üçün “qırmızı şeytanlar”ın maraq dairəsindədir. 

Bildirilib ki, qış transfer dövründə müdafiə xəttinin gücləndirilməsi Mançester təmsilçisinin əsas prioritetidir. Nigeriyalı futbolçu “Yunayted” üçün ciddi namizədlərdən biri hesab olunur.

Bassinin hazırkı müqaviləsi gələn ilin yayına qədər qüvvədədir. Sazişdə anlaşmanın daha 12 ay uzadılması bəndi də yer alıb. Bir neçə mövqedə çıxış edə bilən futbolçu sol cinah müdafiəçisi kimi də oynaya bilir.

Məlumata əsasən, “Fulhem”in baş məşqçisi Alvaro Arbeloa Bassinin komandada qalmasında maraqlıdır və onunla müqavilənin uzadılmasını istəyir. Lakin yaxın vaxtlarda yeni razılaşma əldə olunmasa, London klubunun futbolçuya gələcək yüksək məbləğli təklifdən imtina etməsi çətin olacaq.


Namiq HUN

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər