Putin illərlə bu günü gözləyib: Trampın qayıdışı Kremlə nə qazandırdı?

Putin illərlə bu günü gözləyib: Trampın qayıdışı Kremlə nə qazandırdı?
16.11.2026 17:15 Dünya

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol “Foreign Affairs” nəşrində dərc olunan məqaləsində Vladimir Putinlə Donald Tramp arasındakı münasibətlərin şəxsi simpatiyadan daha dərin səbəblərə söykəndiyini bildirib.

TodayPress TV xəbər verir ki, Makfolun sözlərinə görə, Putin uzun illər ərzində Trampla əlaqələr qurmağa çalışıb. Kremlin bu strategiyası konkret məqsədə hesablanmasa da, gələcəkdə ABŞ prezidentinə təsir imkanları əldə etmək niyyəti daşıyıb. Keçmiş səfir bu yanaşmanı KQB-nin klassik üsullarından biri ilə müqayisə edib.

Onun fikrincə, Trampın ilk prezidentliyi dövründə administrasiyadakı digər şəxslər onun Moskva ilə yaxınlaşmaq cəhdlərini məhdudlaşdırırdı. Lakin Trampın Ağ Evə qayıdışından sonra Kreml bu strategiyanın nəticələrini əldə etməyə başlayıb. Ukraynaya ABŞ yardımının azalması, Rusiyaya qarşı sanksiya təzyiqinin zəifləməsi və Kiyevin güzəştlərə məcbur edilməsi cəhdləri bunun əsas göstəriciləri kimi təqdim olunur.

Makfol hesab edir ki, Putinin zaman baxımından üstünlüyü yoxdur. ABŞ-da hakimiyyətə gələcək növbəti prezidentin – istər demokrat, istərsə də respublikaçı olsun – hazırkı Rusiya siyasətini davam etdirməsi ehtimalı azdır. Buna görə də keçmiş səfir Putinin indiki şəraitdə atəşkəs danışıqlarını sürətləndirməsinin daha məqsədəuyğun olduğunu düşünür. Onun qənaətinə görə, Kreml üçün indi mümkün olan şərtlər gələcəkdə xeyli ağırlaşa bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər