Pambıq ixracından gəlir 10 % azaldı

Pambıq ixracından gəlir 10 % azaldı
30.09.2025 11:43 İqtisadiyyat

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 124,7 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib.

TodayPress TV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % azdır.

Təkcə avqustda isə Azərbaycan 16,6 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 28,7 % azdır.

8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər