Avropa Rusiyaya milyardlar ödəyib - Rəqəmlər açıqlandı

Avropa Rusiyaya milyardlar ödəyib - Rəqəmlər açıqlandı
12.10.2026 23:20 Dünya

Rusiya 2022-ci ildən bəri Avropaya 320,7 milyard dollar dəyərində enerji resursları ixrac edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ şirkətləri dizel yanacağının tədarükü ilə bağlı artıq danışıqlar aparırlar. Novak qeyd edib ki, dizel ixracının başlanması Rusiyanın daxili bazarına təsir etməyəcək və kənd təsərrüfatı işləri də daxil olmaqla, ölkənin yanacağa olan tələbatı ödəniləcək.

Rusiya baş nazirinin müavini əlavə edib ki, neftin qiyməti təxminən iki dəfə artıb. Onun fikrincə, Rusiyadan əlavə tədarüklər dünya bazarında sabitliyin təmin olunmasına kömək edə bilər.

Novakın açıqlamasına əsasən, Rusiya 2026-cı ilin ilk doqquz ayında Avropaya 21,3 milyard dollar dəyərində enerji resursları göndərib.

O, həmçinin bildirib ki, Hörmüz boğazındakı vəziyyət səbəbindən dünya bazarına gündəlik 6–7 milyon barel enerji resursu çıxarılmır. Bu barədə OPEC+ nazirlərinin də danışdığını vurğulayıb.

Novakın sözlərinə görə, Rusiya gələcəkdə əvvəlki dövrlərdə olduğu kimi, ayda 3,5 milyon tona qədər dizel yanacağını dünya bazarına çıxara bilər. Onun fikrincə, əlavə tədarüklər qlobal bazarda tələb və təklif arasındakı tarazlığın qismən bərpasına imkan verəcək.

Rusiya rəsmisi neft qiymətlərindəki artımın böyük hissəsinin daşınma xərclərinin yüksəlməsi və nəqliyyat vasitələrinin çatışmazlığı ilə bağlı olduğunu da qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər