Tramp müharibəni dizellə söndürmək istəyir - Putin nə edəcək?

Tramp müharibəni dizellə söndürmək istəyir - Putin nə edəcək?
13.10.2026 00:26 Dünya

ABŞ administrasiyası Rusiyanın dizel yanacağı ixracına icazə verməklə Moskvanı sülh danışıqlarına qaytarmağa çalışır.

TodayPress TV xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Mayamidə Ukrayna rəsmiləri ilə görüş zamanı Vaşinqtonun bu qərarının məqsədinin Rusiyanı sülh danışıqlarına təşviq etmək olduğunu bildiriblər.

Mənbələrin sözlərinə görə, amerikalı nümayəndələr Rusiya Prezidenti Vladimir Putinin hələ də müharibəni dayandırmaq üçün danışıqlara hazır olmadığını etiraf ediblər. Bununla belə, onlar dizel yanacağı ilə bağlı razılaşmanın Donald Trampın Rusiya ilə iqtisadi sazişlərə hazır olduğunu nümayiş etdirərək Moskvanın mövqeyini yumşalda biləcəyini düşünürlər.

Görüşlərdə Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətləri və üçtərəfli danışıqların bərpası istiqamətində daha geniş səylər də müzakirə olunub.

Kremlə yaxın mənbə isə bildirib ki, Putin yalnız Rusiya Donbasın hazırda Ukraynanın nəzarətində olan qalan 11 faiz ərazisinə nəzarəti ələ keçirdikdən sonra danışıqlar masasına qayıdacaq. Mənbənin fikrincə, bu, Rusiya liderinə ölkə daxilində əldə olunan nəticəni qələbə kimi təqdim etməyə imkan verəcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər