Aİ Qırmızı dənizdə gəmiləri toplaya bilmir - Kallas etiraf etdi
Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə həyata keçirilən “Aspides” əməliyyatı üçün 10 gəmi tapa bilmir.
TodayPress TV xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Lüksemburqda Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əməliyyat üçün ən azı 10 gəmi lazımdır, lakin hələlik bu sayda gəmi toplanmayıb. Kallas bir neçə Aİ ölkəsinin gəmi ayırmağı təklif etdiyini bildirib və bu təkliflərin konkret addımlara çevriləcəyinə ümid etdiyini qeyd edib.
Aysel Mətləb