Aİ Rusiyanı hədəf aldı! Viza siyasəti sərtləşdirilir
Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin azaldılmasını və rusiyalı diplomatların hərəkət azadlığının məhdudlaşdırılmasını istədiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Lüksemburqda Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
“Rusiyalı diplomatların hərəkət azadlığının məhdudlaşdırılması, Rusiya vətəndaşlarına verilən turist vizalarının sayının azaldılması böyük əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Kallasın fikrincə, Rusiyanın keçmiş döyüş iştirakçılarının Avropa İttifaqına girişinə qadağanın mümkün qədər tez tətbiq edilməsi də vacibdir.
Bundan əvvəl Aİ Şurasının oktyabrın 14-də Rusiya vətəndaşları üçün viza rejiminin sərtləşdirilməsi məsələsini müzakirə edəcəyi bildirilmişdi.
Aysel Mətləb