Netanyahu ərəb ölkəsi ilə hərbi plan qurur: Razılıq ala biləcəkmi?
İsrailin Baş naziri Benyamin Netanyahu Yəməndə husilərə qarşı hərbi əməliyyatlarda ölkəsinin iştirakına Səudiyyə Ərəbistanının razılığını almağa çalışır.
TodayPress TV xəbər verir ki, “Haaretz” nəşrinin məlumatına görə, Netanyahu ABŞ-nin vasitəçiliyi ilə bu təklifi irəli sürüb.
İsrail hökumətinin başçısı bu addımı Ər-Riyadla münasibətləri möhkəmləndirmək və iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində mümkün razılaşmaya yaxınlaşmaq fürsəti kimi qiymətləndirir.
Lakin məlumatlara görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İsrailin əməliyyatlarda iştirakına qarşı çıxıb. O, bu addımın krallıq daxilində ictimai narazılığa səbəb ola biləcəyindən ehtiyat edir.
Kübra Musayeva