“Azeri Light” ucuzlaşdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 2,42 dollar və ya 1,82 faiz azalaraq bir barel üçün 130,81 dollar təşkil edib.
TodayPress TV xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 132,59 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti isə 2,33 dollar və ya 1,9 faiz ucuzlaşaraq 120,06 dollara enib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb. “Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasil edilir.