Husilər təsdiqlədi: "Ər-Riyaddakı hava limanına..."

Husilər təsdiqlədi: "Ər-Riyaddakı hava limanına..."
12.10.2026 23:36 Dünya

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının (husilər) hərbi nümayəndəsi Yəhya Saria üsyançıların Ər-Riyad Beynəlxalq Hava Limanını ballistik raketlə vurduğunu iddia edib.

TodayPress TV xəbər verir ki, Saria özünün “Telegram” kanalında silahlı qüvvələrinin Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına ballistik raketlə hücum etdiyini və raketin dəqiq hədəfə dəydiyini yazıb:

"Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına ballistik raketlə hücum edib, zərbə dəqiq olub".

O, həmçinin beynəlxalq aviaşirkətləri və səyahətçiləri Səudiyyə Ərəbistanının hava limanlarına uçuşlardan çəkinməyə çağırıb. Saria Məkkə və Mədinədəki hava limanları istisna olmaqla, digər hava limanlarını “təhlükəli” adlandırıb.

Bundan əlavə, husilərin nümayəndəsi Səudiyyə Ərəbistanının Xamis-Muşayt şəhərindəki aviabazaya pilotsuz uçuş aparatı ilə birbaşa zərbə endirildiyini bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər