“Belə bir əmr yoxdur” - Elşad Miridən hicab açıqlaması
İlahiyyatçı Elşad Miri uşaqların hicab taxması ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, o İslam dinində uşaqların başını örtməsini tələb edən göstərişin olmadığını bildirib.
“Valideynlər uşaqları gələcəkdə baş örtüsünə alışdırmaq istəyə bilərlər. Lakin bu yaşda uşaqların başını örtməsi həqiqətən vacibdirmi? Əlbəttə, xeyr. Allahın uşaqların başını bu şəkildə örtməsini əmr edən göstərişi varmı? Belə bir göstəriş yoxdur”, – deyə Elşad Miri qeyd edib.
Kübra Musayeva