Avropaya çağırış: “Rusiyaya qarşı güzəşt olmasın!”

Avropaya çağırış: “Rusiyaya qarşı güzəşt olmasın!”
13.10.2026 02:08 Dünya

Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa ölkələrini Rusiyanın konsulluqlarını bağlamağa və rusiyalı diplomatların sayını azaltmağa çağırıb.

TodayPress TV xəbər verir ki, o, Avropadakı müttəfiqlərini Rusiyanın hibrid hücumları insan tələfatına səbəb olacağı təqdirdə qətiyyətli cavab verməyə hazırlaşmağa çağırıb.

Sikorski “Financial Times” qəzetinə müsahibəsində belə bir vəziyyətdə NATO-nun mümkün cavab tədbirləri ilə bağlı “daha bir çox ciddi müzakirə” aparmalı olacağını bildirib.

Nazir, həmçinin rusiyalı diplomatların hərəkət imkanlarının məhdudlaşdırılmasını təklif edib. Onun fikrincə, Avropa İttifaqına daxil olan Rusiya vətəndaşlarından biometrik pasport tələb edilməli və rusiyalılara turist vizalarının verilməsi məhdudlaşdırılmalıdır.

Sikorski bu addımların saxta kimliklərdən istifadə edən agentlərin fəaliyyətini çətinləşdirəcəyini düşünür.

Kübra Musayeva

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər