Aİ ABŞ-ni Rusiyaya qarşı birlik olmağa çağırır
Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
TodayPress TV xəbər verir ki, Kallas bu barədə mətbuat konfransında bildirib.
“ABŞ bizim ən böyük müttəfiqimizdir, lakin mesajımız aydındır: bu müharibəyə son qoymaq istəyiriksə, bunun yeganə yolu Rusiyaya təzyiqi artırmaqdır. Biz ABŞ-ni sanksiyalar tətbiq etməyə çağırırıq ki, bu müharibəni həqiqətən başa çatdıra bilək və neft emalı zavodlarına hücumlar şəklində heç bir nəticə ilə üzləşməyək”, – deyə o qeyd edib.
Kallas həmçinin vurğulayıb ki, ABŞ Avropa İttifaqı ilə eyni mövqedə olsaydı və Rusiyaya qarşı sanksiyalar tətbiq etsəydi, Qərb Moskvaya həqiqətən təzyiq göstərə bilərdi.
Aysel Mətləb