London Tehrana qarşı hərəkətə keçdi: Səfir çağırılır

London Tehrana qarşı hərəkətə keçdi: Səfir çağırılır
12.10.2026 22:24 Dünya

Böyük Britaniya İran rejiminin adından düşmənçilik fəaliyyətinə kömək etməkdə şübhəli bilinən iki İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Devid Lemminin bəyanatında bildirilib.

Nazirin sözlərinə görə, London İranın Britaniyanın və beynəlxalq tərəfdaşlarının təhlükəsizliyinə təhdid yaratmaq cəhdlərinə etirazını bildirmək üçün İranın səfirini də çağıracaq.

Lemmi vurğulayıb ki, ölkəsi öz ərazisində təhlükələrlə barışmayacaq və milli təhlükəsizliyini qorumaq üçün tədbirlər görməyə davam edəcək.

O, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dövlət təhdidlərinə qarşı mübarizə çərçivəsində yeni səlahiyyətlər əsasında hazırlanmış təhlükələr siyahısına daxil edildiyini xatırladıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər