Ronaldo Messi ilə bağlı maraqlı xatirəsini bölüşdü
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo argentinalı ulduz Lionel Messi ilə uzun illər davam edən rəqabətindən və münasibətlərindən danışıb.
TodayPress TV xəbər verir ki, Ronaldo bu barədə “The Touchline”a açıqlamasında bildirib.
Portuqaliyalı futbolçunun sözlərinə görə, o, 15 il ərzində müxtəlif mükafatlandırma mərasimlərində Messi ilə eyni səhnəni bölüşüb. Ronaldo həmin tədbirlərdə aparıcıların və qonaqların çıxışlarını argentinalı futbolçuya tərcümə etdiyini xatırladıb və bunu əyləncəli xatirə kimi dəyərləndirib.
Ronaldo Messinin ona hər zaman böyük hörmətlə yanaşdığını vurğulayıb. O qeyd edib ki, hər ikisi klublarının və milli komandalarının uğurları uğrunda mübarizə aparsa da, aralarındakı rəqabət sağlam idman mübarizəsi olub.
“Əminəm ki, bütün bu illər ərzində bir-birimizi daha da inkişaf etməyə sövq etmiş və motivasiya etmişik”, – Ronaldo bildirib.
Kübra Musayeva