Hakerlər soyuducuları sobaya çevirdi: Tonlarla ərzaq məhv edildi

Hakerlər soyuducuları sobaya çevirdi: Tonlarla ərzaq məhv edildi
13.10.2026 02:53 Dünya

Fransada hakerlər yüzlərlə supermarketin soyutma sistemlərinə müdaxilə edərək soyuducu və donduruculardakı temperaturu +50 dərəcəyədək yüksəldiblər. Nəticədə xarab olan ərzaq məhsulları məhv edilib. Dəymiş ziyanın milyonlarla avro olduğu bildirilir.

TodayPress TV xəbər verir ki, “Le Parisien” qəzetinin məlumatına görə, hakerlər Danimarkanın “Danfoss” şirkətinə məxsus proqram təminatındakı boşluqdan istifadə ediblər. Həmin zəifliyin 2026-cı ilin yayından məlum olduğu qeyd edilir.

Hadisə zamanı avadanlıqlarda yanğınların da baş verdiyi bildirilir. Hücumun arxasında duran şəxslər hələlik müəyyən edilməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər