Bolqarıstan Aİ və NATO-dan kömək istədi: Məsələ nədir?

Bolqarıstan Aİ və NATO-dan kömək istədi: Məsələ nədir?
13.10.2026 05:20 Dünya

Bolqarıstan Qara dənizdə pilotsuz uçuş aparatlarının ticarət gəmilərinə hücumlarını araşdırmaq üçün Avropa İttifaqı (Aİ) və NATO-dan yardım istəyib.

TodayPress TV xəbər verir ki, bu barədə Bolqarıstan hökuməti rəsmi saytında məlumat yayıb.

Bildirilib ki, Baş nazir Rumen Radev Avropa İttifaqı Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və NATO-nun Baş katibi Mark Rutteyə ünvanladığı məktublarda müttəfiqlərin dəstəyinin vacibliyini vurğulayıb və məsələnin prioritet qaydada həllinə çağırıb.

Hökumət Bolqarıstanın ticarət gəmilərinə və mülki dənizçilərə qarşı hücumları pislədiyini bildirib. Qeyd olunub ki, ölkə baş verənlərə görə məsuliyyət daşıyan şəxsləri müəyyənləşdirmək niyyətindədir.

Xatırladaq ki, hadisə barədə oktyabrın 6-da məlumat yayılıb. Qara dənizdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında iki ticarət gəmisi dəniz və hava dronlarının hücumuna məruz qalıb. Toqo bayrağı altında üzən gəmi batıb, ikinci gəmidə isə yanğın baş verib.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər