Dəri istehsalı 51 %-dən çox artdı

Dəri istehsalı 51 %-dən çox artdı
27.09.2025 16:11 İqtisadiyyat

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 39,8 min kvadratmetr emal edilmiş dəri istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,3 % çoxdur.

Bu il sentyabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 64,5 min kvadratmetr dəri istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 0,6 % çoxdur.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər