Trampın enerji addımı Moskvanın xeyrinə işləyir? - Rusiyaya milyardlarla dollar vəd edən saziş

Trampın enerji addımı Moskvanın xeyrinə işləyir? - Rusiyaya milyardlarla dollar vəd edən saziş
13.10.2026 07:50 Dünya

ABŞ Prezidenti Donald Trampın Moskva ilə dizel yanacağı sazişi bağlamaq qərarı Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə iqtisadi qarşıdurmada “kömək edir”.

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, hazırda Moskva ilə Kiyev arasında əsasən iqtisadi qarşıdurma gedir və ABŞ lideri Rusiya ilə dizel yanacağı sazişi bağlamaqla Rusiya tərəfini dəstəkləyib.

Enerji sahəsi üzrə ekspertlərin fikrincə, dizel yanacağı sazişi həyata keçirilərsə, Rusiya iqtisadiyyatına təxminən 4 milyard dollar daxil ola bilər.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər