Bakıda 2-ci Azərbaycan Halal Biznes Forumu keçiriləcək

Bakıda 2-ci Azərbaycan Halal Biznes Forumu keçiriləcək
24.09.2025 15:53 İqtisadiyyat

Oktyabrın 7-8-də Bakı şəhəri daha bir mötəbər tədbirə - Azərbaycan Halal Biznes (AZHAB) Forumuna ev sahibliyi edəcək.

Bu barədə TodayPress TV-yə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, bu il ikincisi keçiriləcək forum İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə "Sürətlə dəyişən dünyada halal sənaye dayanıqlılığın mənbəyi kimi" mövzusuna həsr olunacaq.

İki gün davam edəcək forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir. Forumda yerli və xarici ölkələrdən olan aidiyyəti qurumların nümayəndələri, sahə üzrə ekspertlər, akademik dairələr, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcək.

"AZHAB Forumu 2025" konfrans və sərgi olmaqla iki hissədən ibarət olacaq. Konfrans çərçivəsində halal sənayenin ənənəvi sahələri, o cümlədən maliyyə və turizm mövzuları, halal biznesin idarəolunması, yaşıl keçid, biznesdə qadınların rolu və digər yeni istiqamətlər müzakirə ediləcək. Həmçinin, forumun ilk iclası İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsinə xidmət edən "İƏT-in KOB-lar Şəbəkəsinin" (OIC-SMENET) rəsmi təsis mərasiminə həsr olunacaq.

Forumun sərgi hissəsində isə Azərbaycandan və xarici ölkələrdən olan şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər nümayiş olunacaq. Ötən ilki forum çərçivəsində təşkil olunmuş sərgidə 30-a yaxın yerli və xarici şirkət məhsul və xidmətlərini təqdim edib. Bu ilki sərginin isə daha geniş miqyasda və daha çox ölkənin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Hazırda sərgidə iştirakla bağlı yerli və xarici şirkətlərin qeydiyyatı davam edir. Sərgi yerli və xarici şirkətlərə məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaq, yeni əməkdaşlıqlar qurmaq, müvafiq sektor üzrə tərəfdaşların tapılması, potensial müştərilərlə birbaşa əlaqə yaratmaq, ixrac imkanlarını genişləndirmək, təcrübə və texnologiya mübadiləsi, halal sənaye üzrə yeniliklər, trendlər və standartlarla tanış olmaq imkanı verəcəkdir.

"AZHAB Forum 2025" çərçivəsində İslam Ticarət Palatası Halal Xidmətləri tərəfindən "Halal düşün: Hər bir biznesin bilməli olduğu məsələlər" mövzusunda iki günlük seminar da təşkil olunacaq. Seminarda müxtəlif sahələrdə fəaliyyət göstərən biznes nümayəndələrinə halal biznes modeli, bu sahədə mövcud standartlar və məhsulların beynəlxalq bazarlara çıxışı ilə bağlı məlumat veriləcək, Ekspert Guşəsində isə iştirakçılara halal sertifikatlaşdırma üzrə fərdi məsləhət xidməti göstəriləcək.

Builki forum İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və "Caspian Event Organisers" MMC-nin tərəfdaşlığı, "ATENA" MMC-nin sponsorluğu ilə keçiriləcək.

Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrında keçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxın olmaqla, ümumilikdə 350 qonaq iştirak edib. İlk AZHAB Forumu İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qətnamə ilə dəstəklənib.

AZHAB Forumu ilə bağlı ətraflı məlumat üçün: https://azhabforum.az/

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər