Üç illik macəra başa çatdı: Vinçenzo Montella Türkiyə ilə ağrılı vidalaşdı!

Üç illik macəra başa çatdı: Vinçenzo Montella Türkiyə ilə ağrılı vidalaşdı!
12.10.2026 08:55 İdman

İtaliyalı futbol mütəxəssisi Vinçenzo Montella Türkiyə milli komandasının baş məşqçisi postundan ayrıldıqdan sonra vida müraciəti ilə çıxış edib. 

TodayPress TV xəbər verir ki, onun istefası ilə bağlı rəsmi açıqlama oktyabrın 9-da verilib.

Montella sosial şəbəkələrdəki paylaşımında üç illik fəaliyyəti dövründə unudulmaz anlar yaşadıqlarını vurğulayıb:

“Hər gözəl hekayənin bir gün sonu çatır, lakin bəzi səyahətlər futboldan qat-qat vacib olan izlər qoyur. Türkiyə millisinə rəhbərlik etmək mənim üçün böyük şərəf idi. Üç il əvvəl bu gözəl ölkənin milli komandasını mənə etibar etdilər”.

Sabiq baş məşqçi Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Mehmet Büyükekşi və hazırkı rəhbər İbrahim Etem Hacıosmanoğlu başda olmaqla bütün federasiya əməkdaşlarına, məşqçilər korpusuna və futbolçulara təşəkkür edib. O, azarkeşlərin dəstəyini də xüsusi qeyd edib. Birlikdə çətinliklərin öhdəsindən gəldiklərini və ölkə tarixinin xüsusi səhifəsinə çevrildiklərini bildirib. Türkiyə xalqının ona göstərdiyi istiqanlığı və xatirələri ürəyində əbədi saxlayacağını qeyd edib. Futbolun nəticələr və kuboklarla məhdudlaşmadığını, insanın ayrıldıqdan sonra qazandığı münasibətin sahədəki nailiyyətlər qədər önəmli olduğunu vurğulayıb.

“Ümid edirəm ki, türk xalqı məni sevgi və hörmətlə xatırlayacaq. Təşəkkürlər, Türkiyə! Sən həmişə ürəyimdə qalacaqsan”, – deyə Montella fikrini yekunlaşdırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər