Moskva hava limanında nə baş verir? Reyslər təcili saxlanıldı
Moskvanın Vnukovo hava limanında reyslərin qəbulu və göndərilməsi müvəqqəti məhdudlaşdırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Taras Fomçenkov “Telegram” kanalında məlumat verib.
Onun yayımladığı paylaşımda uçuş cədvəlinə qismən dəyişiklik edilə biləcəyi bildirilib. Qeyd olunub ki, bu tədbir uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
Aysel Mətləb