Toyda bıçaqlanma: saxlanılan var

Toyda bıçaqlanma: saxlanılan var
12.10.2026 09:00 Hadisə

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində, toy mərasimi zamanı qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Eldar Cəfər oğlu Vəliyev kürək nahiyəsindən bıçaqlanıb. O, rayon xəstəxanasına çatdırılıb.

Əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV 

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər