Ömrümüzə 75 il qaldı! Bəşəriyyət necə məhv olacaq?

Ömrümüzə 75 il qaldı! Bəşəriyyət necə məhv olacaq?
12.10.2026 05:40 Dünya

Alimlər süni intellekt və nüvə müharibəsinin bəşəriyyətin yox olması riskini yaratdığını bildiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə tədqiqat XXI əsrdə qlobal sağlamlıq təhdidlərini araşdıran “Lancet” jurnalında dərc olunub.

“Bioloji silahların tətbiqi də daxil olmaqla, süni intellektdən zərərli məqsədlərlə istifadə və ardınca aclığa səbəb ola biləcək nüvə münaqişəsi qarşıdakı 75 il ərzində bəşəriyyətin məhv olması riskini yaradır”, – deyə araşdırmada qeyd olunub.

Ekspertlər ümumilikdə bəşəriyyət üçün 17 əsas təhlükə müəyyən ediblər. Bunlara atmosferin çirklənməsi, qidalanma çatışmazlığı, iqlim dəyişikliyi, hərbi münaqişələr, təhsilin aşağı səviyyəsi və psixi pozuntular da daxildir.

Araşdırmanın müəllifləri dünya liderlərini bu riskləri ilkin mərhələdə aradan qaldırmağa çağırıblar.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər