Kanada ABŞ-yə neft və dizel ixracını artırır: Tramp və Karni arasında mühüm danışıq

Kanada ABŞ-yə neft və dizel ixracını artırır: Tramp və Karni arasında mühüm danışıq
12.10.2026 08:30 Dünya

Kanada ABŞ-yə neft və dizel yanacağı tədarükünü maksimum səviyyəyə çatdırmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığından sonra yayılan rəsmi açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, Kanada ABŞ bazarına enerji məhsullarının ixracını mümkün qədər artırmağa çalışacaq. Bildirilib ki, ABŞ-a gündəlik dizel yanacağı ixracı 1 milyon bareldən xeyli çoxdur.

Ottavanın bu addımı iki ölkə arasında enerji ticarətinin genişləndirilməsinə yönəlib.

TodayPress TV

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər