Belqorodda kütləvi PUA hücumu: 5 bələdiyyəyə eyni anda zərbə
Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Belqorod vilayətinin beş bələdiyyəsinə hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə vilayətin operativ qərargahı məlumat yayıb.
Məlumata görə, Şebekino dairəsinin Nijneye Berezovo-Vtoroye kəndində FPV dronu fərdi yaşayış evinə zərbə endirib, hasara ziyan vurub. Digər PUA isə infrastruktur obyektinə zərər yetirib.
Şebekino şəhərində dronların müəssisənin ərazisində partlaması nəticəsində binanın şüşələri və anbarın damı zədələnib. Rjevka kəndində isə fərdi yaşayış evi və iki minik avtomobili zərər görüb.
Dmitriyevka kəndi yaxınlığındakı avtomobil yolunda FPV dronu yük maşınına zərbə endirib. Belyanka kəndində isə müəssisənin ərazisində dron hücumu nəticəsində təsərrüfat tikilisində yanğın baş verib.
Bundan başqa, Rakityanski dairəsinin Rakitnoye qəsəbəsində çoxmənzilli yaşayış binası və fərdi ev PUA hücumuna məruz qalıb.
Belqorod dairəsinin Nikolskoye kəndində, Valuyki dairəsinin Znamenka kəndində və Krasnoyarujski dairəsinin Krasnaya Yaruga qəsəbəsində isə dronlar fərdi yaşayış evlərinə ziyan vurub.
Aysel Mətləb