Şimali Koreyadan yeni raket sınağı: Yaponiya həyəcan siqnalı verdi
Şimali Koreya iki ballistik raket buraxıb.
TodayPress TV xəbər verir ki, bu barədə Yaponiyanın Dəniz Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Məlumata görə, birinci raketin buraxılması barədə bildirişdən iki dəqiqə sonra onun düşdüyü açıqlanıb. İkinci raketin düşməsi barədə məlumat isə ehtimal olunan buraxılışdan səkkiz dəqiqə sonra daxil olub.
NHK telekanalının məlumatına əsasən, birinci raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.