Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
12.10.2026 09:26 Gündəm

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib.

TodayPress TV “Qafqazinfo”ya istinadən məlumat verir ki, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliyev dünyasını dəyişib.

Qeyd edək ki, Fikrət Əliyevləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində  polkovnik rütbəsində işləyib. O, Beynəlxalq Universitetdə prorektor, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri vəzifələrini də tutub. 

Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən bir ay sonra isə AMEA İşlər idarəsinin müdir müavini təyin olunub.

TodayPress TV

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər