Aİ sammitin əsas gündəmi nə olacaq?
Ukrayna Avropa İttifaqının (Aİ) sammitində əsas müzakirə mövzularından biri olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində məlumat verib.
“Gələn həftə keçiriləcək Avropa Şurasının iclasında Ukraynadakı vəziyyət əsas müzakirə mövzularından biri olacaq. Ölkənin qarşıdakı il üçün maliyyə ehtiyaclarını və yeni beynəlxalq dəstəyin səfərbər edilməsi yollarını müzakirə edəcəyik”, - deyə o yazıb.
Fon der Lyayen əlavə edib ki, Aİ gələn həftə pilotsuz uçuş aparatlarının və raketlərin alınması üçün əlavə vəsait ayırmağı planlaşdırır. Onun sözlərinə görə, bu qərar Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlib.
Aysel Mətləb