İran: Omanla razılaşma Hörmüz boğazının dərhal açılması demək deyil

İran: Omanla razılaşma Hörmüz boğazının dərhal açılması demək deyil
12.10.2026 00:50 Dünya

İran və Oman arasında Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz dəhlizlərlə bağlı əldə olunan razılaşma hüquqi akt olsa da, boğazın dərhal açılmasını nəzərdə tutmur.

TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

Onun sözlərinə görə, Omanla Hörmüz boğazına giriş və çıxış marşrutları barədə əldə edilən ikitərəfli razılaşma əvvəlki illərdə mövcud olmuş prosedurları əvəz edən mühüm hüquqi və texniki tədbirdir.

Bununla belə, Qəribabadi vurğulayıb ki, Maskatla razılaşma Hörmüz boğazının dərhal açılması demək deyil.

Nazir müavini bildirib ki, İran və Oman razılaşmanı BMT-nin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Dəniz Təşkilatında qeydiyyata almağa çalışırlar. Onun sözlərinə görə, boğazın açılması tamamilə ABŞ-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır.

Qəribabadi qeyd edib ki, hazırkı mərhələdə Tehranın Hörmüz boğazını yenidən açmaq öhdəliyi yoxdur. O əlavə edib ki, Vaşinqton münaqişənin hərbi yolla həllinin mümkün olmadığına əmin olana qədər İranın boğaz üzərində nəzarəti davam edəcək.

Qeyd edək ki, oktyabrın 7-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran və Oman arasında Hörmüz boğazı ilə bağlı əldə olunan razılaşmanın yaxın vaxtlarda beynəlxalq quruma təqdim ediləcəyini bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər