“Enfild”də şok: “Mançester Siti”dən darmadağın və tarixi rekord!

“Enfild”də şok: “Mançester Siti”dən darmadağın və tarixi rekord!
12.10.2026 09:14 İdman

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqası tarixində yeni komandasındakı ilk altı matçının hamısında qələbə qazanan dördüncü mütəxəssis olub.

TodayPress TV xəbər verir ki, o, bu uğra Premyer Liqanın VI turu çərçivəsində səfərdə “Liverpul”a (3:0) qarşı keçirdikləri matçda imza atıb.

Daha əvvəl Premyer Liqada yeni komandasındakı ilk 6 matçın hamısında qalib gəlmək bacarığını yalnız üç məşqçi əldə edib. Buna “Çelsi” ilə Karlo Ançelotti, “Mançester Siti”də Xosep Qvardiola və “Mançester Yunayted”in sükanı arxasında Ule-Qunnar Sulşer nail olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər