Şröder Putinin yanında göründü, partiyadan qovuldu
Almaniya Sosial Demokrat Partiyasının (SPD) Yuxarı Pfalts dairə komitəsi Rusiya Prezidenti Vladimir Putinin ad gününə qatılan ölkənin keçmiş kansleri Gerhard Şröderin partiyadan xaric edilməsi barədə qərar qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri dairə sədri Karolin Vaqnerə istinadən məlumat yayıb.
Bildirilib ki, qərar yekdilliklə qəbul olunub.
Partiya nümayəndələri Şröderlə Putinin yaxın münasibətlərinin sosial demokratiyanın fundamental dəyərlərinə ciddi şəkildə zidd olduğunu və partiyanın nüfuzuna xələl gətirdiyini bildiriblər. Dairə komitəsi, həmçinin siyasətçi ilə bağlı intizam araşdırmasının yenidən başlanmasını tələb edib.
Nəşrin məlumatına görə, partiyanın bəzi üzvləri keçmiş kanslerin partiyadan xaric edilməsinin mümkünlüyünə şübhə ilə yanaşırlar. 2023-cü ildə də Şröderin SPD-dən çıxarılmasına cəhd göstərilsə də, bu təşəbbüs uğursuz olub.
Qeyd edək ki, oktyabrın 9-da Kreml Putinin Şröderlə rus sobasının fonunda əl sıxışdığını əks etdirən foto yayımlayıb. Şəkildə məkanın qədim rus evlərinin üslubunda tərtib olunduğu görünür.
Aysel Mətləb