Türkiyə XİN-i Ər-Riyad hava limanına hücumu pislədi

Türkiyə XİN-i Ər-Riyad hava limanına hücumu pislədi
12.10.2026 04:35 Dünya

Türkiyənin Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına hücumunu pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib.

“Vətəndaş infrastrukturunu və dinc əhalini qəsdən hədəf alan bu cür hücumlar beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Regional təhlükəsizlik və sabitliyə təhdid yaradan hərəkətlərin dərhal dayandırılmasının vacibliyini vurğulayırıq”, – deyə bəyanatda qeyd olunub.

Türkiyə XİN-i, həmçinin Ankaranın Səudiyyə Ərəbistanının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Qeyd edək ki, Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanına bir həftə ərzində üçüncü dəfə hücum edib. Nəticədə ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları da daxil olmaqla 12 nəfər ölüb, 309 nəfər yaralanıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər