Qadağalar onu dayandıra bilmədi: Başını skotçla sarıyıb meydana döndü!

Qadağalar onu dayandıra bilmədi: Başını skotçla sarıyıb meydana döndü!
16.10.2026 15:12 İdman

Cənubi Koreya Basketbol Liqasının (KBL) 2026/2027-ci illər mövsümünün “Samsung Seoul Thunders” və “LG Sakers” komandaları arasında keçirilən matçında maraqlı və gülməli insident yaşanıb. 

TodayPress TV xəbər verir ki, meydan sahiblərinin hücumçusu Lim Don Yon matçı başındakı sarğı ilə başlasa da, bu hal FIBA qaydalarına zidd olduğu üçün hakimlər onun meydanı tərk etməsini tələb ediblər.

Aksesuardan azad olmaq istəyən basketbolçu ehtiyat oyunçular skamyasına yaxınlaşaraq skotç götürüb və saçlarını yerində saxlamaq üçün başını lentlə sarıyıb.

Qeyri-adi üsulla yenidən parketə qayıdan oyunçu cəmi 1 dəqiqə 34 saniyə meydanda qalıb və heç bir faydalı hərəkətlə, eləcə də zərbə ilə yadda qalmayıb.

Qarşılaşma isə “Samsung Seoul Thunders”in 93:86 hesablı qələbəsi ilə başa çatıb.

Namiq HUN

FOTOLAR

Qadağalar onu dayandıra bilmədi: Başını skotçla sarıyıb meydana döndü! — 1
Qadağalar onu dayandıra bilmədi: Başını skotçla sarıyıb meydana döndü! — 2
XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər