Ramiz Mehdiyev YAP-dan ÇIXARILDI

Ramiz Mehdiyev YAP-dan ÇIXARILDI
16.10.2026 16:58 Siyasət

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasndan çıxarılıb.

TodayPress TV xəbər verir bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.

***

16:31

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

TodayPress TV "Unikal.az"a istinadən məlumat verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasından çıxarılıb.

Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışıb.

Hazırda R.Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə təqsirləndirilir.

TodayPress TV

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər