Şanxayda inanılmaz nəticə: İtaliyalı ulduzdan dördsaniyəlik şou!
Çinin Şanxay şəhərində keçirilən trek üzrə dünya çempionatında tarixi rekord qeydə alınıb.
TodayPress TV xəbər verir ki, italiyalı velosipedçi Conatan Milan fərdi yarışda dünya rekordunu yeniləyərək adını bir daha idman tarixinə yazdırıb.
İkiqat dünya çempionu 4 kilometr məsafəni 3 dəqiqə 58,850 saniyəyə qət edib. O, bununla da 2024-cü ildə qeydə aldığı 3 dəqiqə 59,153 saniyəlik şəxsi göstəricisini 0,303 saniyə yaxşılaşdırıb.
Xatırladaq ki, Conatan Milan həm də komanda yarışında olimpiya çempionudur.
Namiq HUN