Riskə gedilmədi, xoş xəbər gəldi: Orkun derbiyə hazırdı!
Orkun Kökçünün səhhəti ilə bağlı müsbət xəbər: “Trabzonspor”la matçda oynaya bilər. “Beşiktaş”ın “Hoffenhaym” üzərində 3:2 hesablı qələbəsi zamanı zədələnərək meydanı tərk edən Orkun Kökçünün səhhəti ilə bağlı müsbət xəbərlər yayılıb.
TodayPress TV “A Spor”a istinadən xəbər verir ki, ayaq biləyində qançır yaranan milli komandamızın üzvünün ciddi zədəsinin olmadığı və qarşıdakı “Trabzonspor” derbisində forma geyinəcəyi gözlənilir.
Matçdan sonra açıqlama verən “Beşiktaş”ın baş məşqçisi Vinçenzo İtaliano oyunçusunun vəziyyətinə aydınlıq gətirib:
“Orkunun ayağında yüngül ağrı var. Ayağını yerə qoyanda özünü narahat hiss edirdi, ona görə də heç bir risk etmək istəmədik. Onunla danışdım və o, ciddi bir şey olmadığını dedi. Ümid edirəm ki, onun heç bir ciddi problemi yoxdur”.
Yarımmüdafiəçinin Trabzonsporla matça qədər tam bərpa olunacağı gözlənilsə də, onun start heyətində meydana çıxıb-çıxmayacağı texniki heyətin son qiymətləndirməsindən sonra dəqiqləşəcək.
Namiq HUN