Çox dərin çuxur baha başa gəldi: Pilot yarışmanı xəstəxanada bitirdi!
“KAMAZ-master” komandasının Almaz Əhmədovun idarə etdiyi ekipajı pilotun aldığı zədə səbəbindən “Böyük çöl”dəki çıxışını vaxtından əvvəl başa vurub.
TodayPress TV xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Proloqun qalibi ikinci mərhələyə inamlı başlayıb. Kamazlı sürücü ilk 50 kilometri ikinci nəticə ilə qət edərək Boqdan Kərimovdan cəmi 14 saniyə geri qalırdı. Lakin uğurun davamını gətirməyə qəza mane olub - yük maşını yol xəritəsindən kənara çıxaraq yüksək sürətlə çox dərin çuxura düşüb. Güclü zərbə nəticəsində pilot belindən xəsarət alıb. Xəstəxanada müayinədən keçən Əhmədova onurğa sınığı diaqnozu qoyulub.
Şтурman İvan Malkov və mexanik İlham Əhmətzəcanov xəsarət almayıblar. Əhmədovu Kurqanda bərpa prosesi gözləyir.
“Məni ən çox Almaz Əhmədovla bağlı vəziyyət kədərləndirdi. Uşaqların dərin çuxura düşərək yarışmanı dayandırmağa məcbur qaldıqlarını öyrənəndə çox narahat oldum. Onlar müayinədən keçdilər, təəssüf ki, Almazda onurğa sınığı aşkar olundu. Bu, ekipaja mübarizəni davam etdirməyə imkan verməyəcək çox ciddi zədədir”, - deyə “KAMAZ-master”in rəhbəri Eduard Nikolayev bildirib.
İkinci mərhələnin qalibi 2 saat 38 dəqiqə 19 saniyə nəticə göstərən Boqdan Kərimovun ekipajı olub. Nikolayev 5 dəqiqə 45 saniyəlik geriləmə ilə ikinci, Sergey Vyazoviç isə üçüncü yeri tutub. Rusiya çempionatının lideri Dmitri Sotnikov texniki nasazlıqlarla üzləşərək sahədə təmir işləri aparmalı olub, lakin treki kəsməyə məcbur qalıb. Dmitri Avdeyevin ekipajı da nasazlıq səbəbindən vaxt itirərək finişə yeddinci çatıb.
Namiq HUN