Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi

Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi
16.10.2026 14:55 Hərbi

Daxili Qoşunların “Şahin” Xüsusi Təyinatlı Dəstəsinin (XTD) sabiq komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibova yeni vəzifə verilib.

TodayPress TV Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Zəfər Yusibov Daxili Qoşunların İnspeksiya İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Zəfər Yusibov 2019-cu ildə növbədənkənar “polkovnik” hərbi rütbəsi alıb. Vətən müharibəsi zamanı Hadrut istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Prezident İlham Əliyevin sərəncamı ilə ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.  

TodayPress TV

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər