Ukraynanın pulu bitdi, Avropanın isə "cibi yanır"
Ukraynanın maliyyə ehtiyatları tükənmək üzrədir və Avropa İttifaqı Kiyevə yardım göstərməlidir.
TodayPress TV xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen bildirib. Onun sözlərini “İnterfaks” agentliyi yayıb.
Frederiksenin sözlərinə görə, Ukrayna ehtiyac duyduğu hərbi texnikanı nə satın ala, nə də istehsal edə bilir. O qeyd edib ki, Kiyevə 2026-cı il üçün təcili maliyyə dəstəyi, eləcə də 2027-ci ildə vəsait alacağına dair təminatlar lazımdır.
Bir neçə gün əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynaya maliyyə yardım paketinin müdafiə komponenti çərçivəsində 2,86 milyard avro məbləğində yeni tranş ayrılacağını açıqlayıb.
2026–2027-ci illəri əhatə edən və ümumi məbləği 90 milyard avro olan Ukraynaya Dəstək Krediti (Ukraine Support Loan) çərçivəsində 60 milyard avronun müdafiə ehtiyaclarına və hərbi sənaye potensialının gücləndirilməsinə, 30 milyard avronun isə birbaşa büdcə dəstəyinə yönəldilməsi nəzərdə tutulur.
Avropa Komissiyası 2026-cı ildə Ukraynanın müdafiə-sənaye potensialının gücləndirilməsi üçün ümumilikdə 28,3 milyard avro ayırmağı planlaşdırır.
Qiymət Mahir