Məhkəmə yolu: “Mercedes” ulduzu milyonluq iddia ilə üz-üzə!

Məhkəmə yolu: “Mercedes” ulduzu milyonluq iddia ilə üz-üzə!
16.10.2026 13:20 İdman

“Mercedes” komandasının pilotu Andrea Kimi Antonellinin sabiq meneceri Covanni Minardi italyan sürücüdən keçmiş və gələcək gəlirlərinin 10%-dən 20%-ə qədər olan hissəsini tələb edir. 

TodayPress TV xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.

Bolonya məhkəməsi “Mercedes” komandasından və Antonellidən müqavilələri və maliyyə sənədlərini noyabrın 6-dək təqdim etməyi tələb edib. Məhkəmə çəkişməsi sürücü ilə 2019-cu ildə imzalanmış “Minardi Management” agentliyi arasındakı razılaşmanın ləğvi ilə bağlıdır.

Keçmiş “Formula-1” komandasının banisi Cankarlo Minardinin oğlu olan Covanni Minardi, Antonelli “Formula-1”ə keçməzdən əvvəl agentliklə əməkdaşlığı birtərəfli qaydada dayandırdıqdan sonra məhkəməyə müraciət edib. Keçmiş menecerin idarəsinə görə, sürücü müqavilədə nəzərdə tutulmuş ödənişləri həyata keçirməyib.

Daha əvvəl Antonellinin öz hərəkətlərini qanuni hesab etdiyi bildirilmişdi. Məhkəmə prosesi çərçivəsində həmçinin “Mercedes”in rəhbəri Toto Volffun və komandanın gənclər proqramının rəhbəri Qven Laqrişin şahid qismində cəlb olunması planlaşdırılır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər