Amerika bütün ağır silahları İran sərhədinə topladı: gecə hər an...
ABŞ-nin İrana yaxın ərazilərdə hərbi aviasiya fəallığını artırdığı və bölgədə genişmiqyaslı hərbi əməliyyat ehtimalının müzakirə olunduğu iddia edilir.
TodayPress TV xəbər verir ki, sosial mediada yayılan paylaşımlarda bombardmançı təyyarələrin, müşahidə uçuşlarının və intensiv hava hərəkətliliyinin mümkün hərbi eskalasiyaya hazırlıq əlaməti olduğu irəli sürülür.
İddialara görə, ABŞ-nin İrana qarşı mümkün hərbi addımları təkcə regional təhlükəsizliklə deyil, həm də qlobal enerji bazarı və dolların beynəlxalq mövqeyi ilə əlaqələndirilir.
ABŞ-nin İran İnqilab Keşikçiləri Korpusunun ölkə daxilindəki təsirini aradan qaldırmağa çalışacağı təqdirdə qarşıdurmanın daha geniş miqyas ala biləcəyi bildirilir. Lakin ABŞ-nin bütün ağır silahlarını İran sərhədinə toplaması barədə iddianı təsdiqləyən konkret məlumat təqdim olunmayıb.
Müzakirələrin mərkəzində Hörmüz boğazı da dayanır. Dünya üzrə neft daşımalarının mühüm hissəsinin həyata keçirildiyi bu strateji marşrutda mümkün gərginliyin enerji qiymətlərinə və beynəlxalq ticarətə təsir göstərə biləcəyi vurğulanır.
İranın Hörmüz boğazından keçən neftin Çin yuanı ilə hesablaşmasını tələb etdiyi də bildirilir. Müəlliflərin fikrincə, belə bir mexanizm tətbiq olunarsa, neft ticarətində ABŞ dollarının mövqeyi zəifləyə bilər. Bununla belə, bütün neft daşımalarının yuanla hesablaşmasına dair tələb barədə məlumat müstəqil şəkildə təsdiqlənməyib.
Qiymət Mahir