Azad agent uğrunda savaş: Növbəti bomba transfer ola bilər!
“Xetafe” klubu hücumçu Ceydon Sançonun xidmətində maraqlıdır.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat paylaşıb.
“Xetafe” Ceydon Sançonu azad agent statusunda heyətinə qatmaq üçün rəsmi təklif göndərib. Sançonun Yaxın Şərqdən də karyerasını davam etdirmək variantları var, lakin “Xetafe” Meyson Qrinvud ilə bağlı gerçəkləşdirilən sövdələşməni təkrarlamaq və Ceydonu əldə etmək istəyir.
Karvahaldan sonra “Xetafe” futbolçunu azad agent statusunda dəvət edərək növbəti səs-küylü transferə imza atmağa çalışır”, – deyə Romano bildirib.
Xatırladaq ki, 26 yaşlı Ceydon Sanço daha əvvəl “Mançester Yunayted”dən icarə əsasında “Aston Villa”da çıxış edib.
Namiq HUN