Həbsxanaya ayaqqabının içində narkotik keçirmək istədilər

Həbsxanaya ayaqqabının içində narkotik keçirmək istədilər
16.10.2026 14:44 Sosial

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha birinin aşkarlanaraq qarşısı alınıb.

Bu barədə TodayPress TV-yə Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir. Belə ki, 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma atası tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən orada olan idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 16 ədəd bükülüdə 13,635 qram heroin, 4,529 qram metamfetamin və 2,825 qram qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

"Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur", nazirlikdən bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər