Rusiyanın vacib neft emalı zavodu yenidən vuruldu - VİDEO
Moskvadan təxminən 200 kilometr cənub-şərqdə yerləşən Ryazan neft emalı zavodu gecə saatlarında yenidən dron hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, hücumdan sonra zavod ərazisində yanğın başlayıb.
Yanğının bütün gecə davam etdiyi və hələ də söndürülmədiyi bildirilir.
Qeyd edək ki, Ryazan neft emalı zavodu Ukraynanın Rusiyada dəfələrlə hədəfə aldığı strateji obyektlərdən biridir.
Müəssisə Rusiyanın neft emalı infrastrukturunun mühüm hissəsi hesab olunur.
Jalə Rövşən